Xəzər Xəbər

Avtomobillə elektrik xəttini qıran sürücü ərazidən qaçıb VİDEO

Veb TV | 20:19 • 22 May 2025
Avtomobillə elektrik xəttini qıran sürücü ərazidən qaçıb

Betonqarışdıran maşın vətəndaşa məxsus fərdi evin elektrik xəttini qırıb. Nəticədə vətəndaş günlərdir işıqsız qalıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, “Novxanı Bağları” yaşayış massivində baş verib.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən şikayətçi iddia edir ki, yaxınlıqda yerləşən fərdi evin tikintisi zamanı əraziyə beton aparan avtomobil həmin evin yaxınlığından keçən elektrik xəttinə zərər yetirib. Nəticədə xətt qırılıb. Hadisədən sonra sürücü ərazidən uzaqlaşıb və məsuliyyətdən boyun qaçırıb. Bu isə ev sahibinin vəziyyətini daha da çətinləşdirib.

Məsələ ilə bağlı "XəzərXəbər" olaraq "Azərişıq" ASC-yə məlumat verdik. Quruma məlumat daxil olan kimi dərhal araşdırma aparıldı. Bildirildi ki, hadisənin baş verməsində birbaşa məsuliyyət daşıyan şəxsin betonqarışdıran avtomobilin sürücüsü olmasına baxmayaraq ki, "Azərişıq" vətəndaşın problemini nəzərə alaraq hadisə yerinə operativ şəkildə texniki briqada göndərib. Görülən tədbirlər nəticəsində zədələnmiş elektrik xətti bərpa olunub və vətəndaş yenidən elektrik enerjisi ilə təmin edilib.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar