Bakının Xətai rayonu, 25 nömrəli tam orta məktəbində şagirdlər arasında mübahisə baş verib. Mübahisə nəticəsində şagirdlərdən biri digərinə xəsarətlər yetirib.
"Xəzər Xəbər"in əməkdaşları iddia olunan məsələylə bağlı məktəbə yollanıb. Məktəbdə sözügedən hadisəylə bağlı müxtəlif fikirlər səsləndirilib. Məktəbin bəzi şagirdləri hadisənin səhər saatlarında 8-ci sinif şagirdləri arasında baş verdiyini deyiblər. Onlar bildiriblər ki, iki sinif yoldaşı dalaşarkən, biri o birini itələyib.
Nəticədə yerə yıxılan oğlanın başı əzilib. Digər şagirdlər isə uşaqların birində bıçaq olduğunu və oğlana bıçaqla xəsarət yetirildiyi iddialarını səsləndirib.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.