Artıq Azərbaycan vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsilə Özbəkistana da səfər edə biləcəklər.
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Naqif Həmzəyev məsələni “Xəzər Xəbər”ə şərh edib. O bildirib ki, Azərbaycan eyni təcrübəni Türkiyə ilə həyata keçirmişdi, indi də verilən bu qərar Özbəkistanla Azərbaycan arasındakı xüsusilə iqtisadi münasibətlərin artan templə inkişaf etməsinin göstəricisi olaraq planlaşdırılır:
Qeyd edək ki, Özbəkistanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı müvafiq danışıqlara üç ay ərzində başlamaq tapşırığı alıb. Millət vəkilinin sözlərinə görə, hər iki ölkə arasında təyyarə reyslərinin sayının artırılması da nəzərdə tutulur:
Turizm ekspertlərinin sözlərinə görə, Özbəkistana tələb ötən ildən bəri xeyli artıb. Buna da səbəb Özbəkistanın Orta Asiya dövlətləri üçün keçid rolunu oynamasıdır:
Ekspert qeyd edib ki, Özbəkistana səfər edənlər daha çox ekskursiya paketlərini, tarixi və mədəniyyəti özündə birləşdirən turları seçir. Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları Özbəkistana xarici pasportla və vizasız səfər edir.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.