Xəzər Xəbər

Bakıda bir nəfər 9 ədəd qaşığı necə udub? - TƏFƏRRÜAT VİDEO

Veb TV | 21:30 • 19 May 2025
Bakıda bir nəfər 9 ədəd qaşığı necə udub? - TƏFƏRRÜAT

Bakıda bir nəfərin mədəsindən 9 ədəd qaşıq çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Məlumata görə, saat  01:00 radələrində Şəhər Klinik Xəstəxanalarından birinə  bir neçə metal qaşıq udan şəxs barədə təcili tibbi yardım üçün müraciət olunub. Buna qədər isə xəstənin vəziyyətinə görə, o bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

Endotraxeal anesteziya altında aparılan və təxminən 4 saat davam edən prosedur zamanı pasiyentin udduğu, iki hissəyə bölünmüş ümumilikdə 9 ədəd 18 parça metal qaşıq təhlükəsiz şəkildə çıxarılıb.

Bildirilir ki, Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış və elə qaşıqları da orada olarkən udub.

O da bildirilib ki, hazırda pasiyent reanimasiya şöbəsində nəzarət altındadır və vəziyyəti stabildir.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar