Bakıda sərxoş sərnişin avtobusun şüşəsini sindirib.
Xezerxeber.az xəbər verir ki, Bakının Yasamal rayonunda ictimai nəqliyyatda təhlükəli anlar yaşanıb. 2 gün əvvəl axşam saatlarında sərxoş vəziyyətdə olduğu ehtimal edilən orta yaşlı şəxs 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb. Hadisə Tbilisi prospektində, nəqliyyat vasitəsi hərəkətdə olarkən baş verib. Həmin vaxt avtobusu idarə edən sürücü bildirir ki, sözügedən şəxs əvvəlcə avtobusda başqa biri ilə mübahisə edib. Onun mübahisə etdiyi şəxs yolda düşüb.
Daha sonra isə içkili sərnişin qapının şüşəsini sındırıb. Daha sonra isə heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb.
Sürücü hadisə barədə dərhal polisə məlumat verib. Dünyamalı Mehtiyev onu da bildirdi ki, həmin şəxs avtobusa minərkən üzərində kartı da olmayıb.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.