Onun sözlərinə görə, orta yaşlı içkili şəxs avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb. Qeyd edək ki, məsələ ilə bağlı DİN-in “102” xidmətinə məlumat verilib. Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.