Xəzər Xəbər

Doqquz qaşıq udan şəxs əvvələr də oxşar hərəkət edibmiş VİDEO

Veb TV | 15:38 • 19 May 2025
Doqquz qaşıq udan şəxs əvvələr də oxşar hərəkət edibmiş

“Bakıda doqquz qaşıq udaraq xəstəxanaya müraciət edən şəxs daha öncə də yad cisim udub, amma təbii yolla xaric olub”.

Bunu Xezerxeber.az-a Bakı Sağlamlıq Mərkəzinin ümumi cərrahı Elvin Tanrıverdi deyib.

Həkimin sözlərinə görə, mayın 18-də gecə saat 23 radələrində xəstəxanaya gətirilən 55 yaşlı kişiyə dərhal endoskopik müdaxilə olunub, əməliyyat 4-5 saat davam edib. Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Xezerxeber.az mövzu ilə bağlı həkimin açıqlamasını təqdim edir.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti