Xəzər Xəbər

Sürət avtomobillərinin sərgisi təşkil edilib VİDEO

Veb TV | 21:43 • 18 May 2025
Sürət avtomobillərinin sərgisi təşkil edilib

Azərbaycan Avtomobil Federasiyası sürət avtomobillərinin sərgisini təşkil edib.

Xezerxeber.az-ın məlumatına görə, "Sürətin evolyusiyası" layihəsinin ikinci günündə sürət avtomobillərinin və "Supercar"ların nümayişi keçirilib. 

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, "Nazar Holdinq" və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən sərgidə müxtəlif növ sürət avtomobilləri təqdim edilib. Sərgidə Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və digər rəsmilər şəxslər də iştirak ediblər.

Biri-birindən fərqli interyer və eksteryerə malik olan sürət avtomobillərinin sahibləri də sərgi haqqında təəssüratlarını bölüşüblər.

Sürət həvəskarlarının ürəyini fəth edən həmin avtomobillər təkcə dinamik xüsusiyyətləri ilə tanınmır. Həmin avtomobillər həm də texnologiya və innovasiyalarla insan potensialının zənginliyinin təsdiqidir. Sərgidə son illərdə müxtəlif ölkələrdə istehsal edilən avtomobillər ziyarətçilər tərəfindən də xoş qarşılanıb.

Səhər saat 11:00-dan başlayaraq axşam saat 19:00-dək davam edən nümayiş paytaxtın Əziz Əliyev küçəsindən Qoşa Qala qapısının qarşısınadək olan ərazini əhatə edib. "Sürətin evolyusiyası" sərgisinin keçirildiyi 2 gün ərzində ziyarətçilər həm müxtəlif növ avtomobilləri seyr edərək nəqliyyat vasitələri barədə daha geniş məlumat əldə etmək imkanı qazanıb, həm də avtomobil həvəskarlarının bir-biri ilə ünsiyyətinə şərait yaradılıb.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar