Yük maşınının sürücüsü Nadir Uzdanov onun ünvanına yazılan cəriməni qanunsuz hesab edir.
Xezerxeber.az-ın məlumatına görə, Nadir Uzdanov iddia edir ki, onun idarə etdiyi nəqliyyat vasitəsinin guya saatda 131 km/sürətlə hərəkət etdiyi üçün cərimələnib. Ancaq sürücü idarə etdiyi maşının 13q-lə hərəkət etməsinin qeyri-mümkün olduğunu bildirir. Dediyinə görə, maşınında texniki nasazlıq var 90- dan artıq sürət yığa bilmir.
Şikayətçi deyir ki, cərimə ayın 3-də yazılıb. O zamandan bəri dəfələrlə aidiyyəti yerlərə müraciət etsə də, cavab ala bilmir.
Məsələ ilə bağlı Bakı şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşın müraciəti əsasında araşdırma aparılıb, məsələyə hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.