Xəzər Xəbər

Hotellər niyə boş qalıb? VİDEO

Veb TV | 12:50 • 16 May 2025
Hotellər niyə boş qalıb?

Otellər var, turistlər yox. Ölkə üzrə otellərin doluluq səviyyəsi xeyli aşağı düşüb. Belə ki, son 3 ayda orta doluluq faizi 19,3 faiz təşkil edib.

Bəs bunun səbəbləri nələrdir? Qiymətlərə necə təsir edir?

İsmayıllıda otellərdən birində 48 otaq olmasına baxmayaraq cəmi 3-ü rezerv olunub, qalanları boşdur. Sözügedən vəziyyət aylardır davam edir.

Şəkidə otellərdən birində vəziyyət yaxşı olsa da, digərlərində elə də ürəkaçan deyil.

Lənkərandakı otellərdə də vəziyyət demək olarki eynidir. İstirahət mərkəzlərindən birinin inzibatçısı deyir ki, 34 otaqdan cəmi 10-da qonaq var. Buna baxmayaraq qiymətlərdə dəyişiklik yoxdur.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, otellərdə turist sayının kəskin azlığı müşahidə olunur. Hətta paytaxtdakı otellərdə də qonaq say azalıb.

Samir Dübəndi deyir ki, xarici turistlərin sayının azalması da buna təsir edib. Qeyd edək ki, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar