Həmkəndlilər arasında mübahisə qanla bitib.
Xezerxeber.az xəbər verir ki, hadisə Xaçmazda baş verib.
Sakinlərin sözlərinə görə, tərəflər arasında mübahisə bir il öncə başlayıbmış. Ötən gün isə onlardan biri mübahisə etdiyi şəxsin evinə gələrək hadisəni törədib.
Məlumata görə, hadisəni törədən kənd sakini mübahisə etdiyi şəxsin yaşadığı ünvana gəlib. Ev sahibi çölə çıxarkən isə onu arxadan tutub və boynundan bıçaq zərbəsi endirib.
Mübahisənin nəticəsi olaraq 31 yaşlı kişi 42 yaşlı kişinin orqanını kəsib. Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar davam etidirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.