Xəzər Xəbər

Gəncədə sürücülərin kabusuna çevrilən çuxur VİDEO

Veb TV | 21:50 • 15 May 2025
Gəncədə sürücülərin kabusuna çevrilən çuxur

Gəncədə yeni salınmış yolda yaranan çuxurlar avtomobillər üçün əməlli-başlı təhlükəyə çevrilib.

Xezerxeber.az xəbər verir ki, sürücülərin sözlərinə görə, gecə saatlarında çuxuru görə bilmədikləri üçün avtomobillər oraya düşür.

Sürücü deyir ki, başına gələn hadisədən sonra telefonla ərazidə video çəkib. Bu zaman başqa bir maşının da eyni aqibətlə üzləşdiyini qeydə alıb.

Sözügedən yerdə maşınına ziyan dəymiş başqa bir sürücü isə deyir ki, yoldakı problemlə bağlı xəbərdaredici nişan qoyulsa, zərərçəkən az olar.

Məsələ ilə bağlı Gəncə ŞİH-dən bildirildi ki, hazırda şəhərin müxtəlif ərazilərində, o cümlədən sözügedən yolda genişmiqyaslı asfaltama işləri aparılır. Yolda yaranmış vəziyyət işlərin tam başa çatmaması və yağıntılı hava şəraiti ilə bağlıdır. Ərazidə lazımı tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar