Xəzər Xəbər

Bazarlarda gilasın qiymətləri “əl yandırır” VİDEO

Veb TV | 20:55 • 15 May 2025
Bazarlarda gilasın qiymətləri “əl yandırır”

Kiloqramı 90 manata mavigilə, 20 manata şaftalı, 30 manata gilas...

Xezerxeber.az xəbər verir ki, paytaxt bazarlarında hazırda həm yerli, həm də xarici ölkələrdən gətirilən meyvələr var. Mavigilə idxal edilsə də, gilas yerli məhsuldur.

Satıcılar bildirirlər ki, hazırda tələbat əsasən alçayadır. Çiyələk və gilas da bazara yeni gəlib. Baha olsa da, onların da alıcıları var.

Bildirildi ki, gələn ay qiymətlərin xeyli enəcəyi gözlənilir.

Alıcılar isə daha çox istixanalarda deyil, təbii yolla yetişən və yerli meyvələrə üstünlük verdiklərini bildirirlər.

Bildirildi ki, çiyələyin qiyməti isə 2-6 manat arası dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar