Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti fəsadlara səbəb olub VİDEO

Veb TV | 21:12 • 14 May 2025
Qeyri-sabit hava şəraiti fəsadlara səbəb olub

Gəncədə güclü leysandan sonra baş verən sel şəhərin bir neçə ərazisində ciddi fəsadlara səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, sel suları bir sıra yaşayış massivlərində fərdi evlərə dolub.

Gecə saatlarından yağan güclü yağışlardan sonra bir neçə küçəni sel suları basıb, avtomobillərin və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.

Gəncə Fövqəladə hallar komissiyasından verilən məlumata görə, ərazilərə baxış keçirilib.

Su-kanalizasiya şəbəkəsi qurulana qədər Müsviq Adıgözəlov küçəsindən yağış sularının ötürülməsi üçün 400 metr məsafədə boru çəkiləcək.  

Tovuzda isə güclü dolu ucqar dağ kəndlərindən olan Əhmədabadda ciddi fəsadlar törədib. 10-15 dəqiqədən çox davam edən dolu və sel suları əkin sahələrinə, meyvə ağaclarına və arıçılıq təsərrüfatlarına ziyan vurub. Təbii fəlakət evlərin dam örtüyünə də təsirsiz ötüşməyib.

Bölgədə qeyri-sabit hava davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti