Dünyada baş verən münaqişələrə münasibətdə Azərbaycanın balanslı hesab edilən mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasındakı müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib. Nazir müavini bildirib ki, məhz beynəlxalq hüquq nəyi tələb edirsə, Azərbaycanın mövqeyi də ona uyğun açıqlanır.
Yalçın Rəfiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın "Sülh kəsişməsi konsepsiyası" təşəbbüsünə də münasibət bildirib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, yeni reallıq Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməsinə imkan yaradıb. Həmçinin də ölkənin beynəlxalq münasibətlər sistemindəki mövqeyini və əhəmiyyətini önəmli dərəcədə gücləndirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.