Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb.
Turizim Agentliyinin rəsmisi Gülnar Mustafayeva bildirib ki, “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq vətəndaşların şəxsi avtomobillərlə işğaldan azad edilmiş digər rayonlara da səfərləri mümkün olacaq.
"Yolumuz Qarabağa" portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq. Vətəndaşlar həmçinin portalda yerləşdirilən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə biləcəklər.
Xatırladaq ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.