Xəzər Xəbər

Qubada leysan yağışları kəndlərə gedən yolu bağladı VİDEO

Veb TV | 21:35 • 13 May 2025
Qubada leysan yağışları kəndlərə gedən yolu bağladı

Qubanın Sofikənd kəndində yağan leysan yağışları nəticəsində Cağacuqçayda güclü sel baş verib.

Xezerxeber.az xəbər verir ki, sel suları çayın məcrasını dəyişərək kəndlərə gedən yolları yararsız hala salıb.

Kənddən rayon mərkəzinə gedən ən yaxın yol tamamilə yuyulub və nəqliyyatın hərəkəti dayanıb. Eyni zamanda, Sofikənd ilə Aşağı Kardaş kəndə gedən yol da bağlanıb. 

Kənd sakinləri bildirirlər ki, sel nəticəsində çayın yatağı o qədər dərinə çəkilib ki, problemin aradan qaldırılması üçün ağır texnikaya ehtiyac var. Çayın əvvəlki istiqamətinə qaytarılması və yolun bərpası üçün təcili tədbirlər görülməlidir.

Vəziyyətlə əlaqədar İcra Hakimiyyəti və Fövqəladə Hallar Komissiyası əraziyə baxış keçirərək akt tərtib edib. Bildirilib ki, Sofikənd istiqamətində körpünün inşası ilə bağlı aktlaşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti