Xəzər Xəbər

Azərbaycanın tanınmış simaları bu tamaşada yer alacaqlar VİDEO

Veb TV | 19:00 • 13 May 2025
Azərbaycanın tanınmış simaları bu tamaşada yer alacaqlar

20 iyun tarixində Heydər Əliyev Sarayında xalq şairi Nəriman Həsənzadənin “Nərdivan” musiqili dram tamaşası təqdim olunacaq.

Xezerxeber.az xəbər verir ki, xalq şairinin həyatına həsr olunan tamaşada 30-dan çox məşhur sima, tanınmış aktyorlar bir araya gələcək.

Premyerada onların hər biri Nəriman Həsənzadənin həyatının bir pilləsini canlandıracaq.

Onların arasında bədii qiraətçi Xəzər Süleymanlı, Ülviyyə Əliyeva (prezident mükafatçısı), əməkdar artist İlqar Cahangir, Faiq Mirzə, tanınmış aktyor, rejissor Taleh Yüzbəyov, xalq artistləri Niyamməddin Musayev, Gülyanaq Məmmədova, əməkdar artistlər Lalə Məmmədova, Toğrul Əsədullayev, dünya şöhrətli fotoqraf Reza Deqati, tanınmış aparıcılar Lalə Azərtaş, Mətanət Əliverdiyeva, Mehman Rəsulov və xalq artisti Murad Dadaşov iştirak edəcəklər.

Biletləri @iticket.az saytından və şəhərin bütün kassalarından əldə etməyə tələsin!

Xəbər lenti