Xəzər Xəbər

Gəncədə insan alveri qurbanları üçün sığınacaq yaradıla bilər VİDEO

Veb TV | 16:39 • 13 May 2025
Gəncədə insan alveri qurbanları üçün sığınacaq yaradıla bilər

Gəncədə insan alveri qurbanları üçün sığınacaq yaradıla bilər Gəncədə insan alveri qurbanlarına sığınacaq tikilməsi üçün ərazinin ayrılması ilə bağlı müraciət edilib.

Xezerxeber.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən deyib. Onun sözlərinə görə, insan alveri qurbanlarının yerləşdirilməsi üçün sığınacaqların Bakıda olması çətinliklər yaradır: “Ona görə də regionlarda sığınacaqların artırılması üçün işlər aparılır”. H.Aslanov həmçinin bildirib ki, ötən il iki Ukrayna vətəndaşı Azərbaycanda sığınacağa yerləşdirilib:

"Hər iki qadının doğum haqqında şəhadətnaməsi yoxdur. Ümumilikdə isə ötən illər ərzində sığınacaqlara 350 nəfərdən çox insan alveri qurbanı yerləşdirilib".

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti

Çox oxunanlar