Xəzər Xəbər

"Bizim sinifdə olan 26 şagirdin 20-si "Son zəng" üçün pul ödəmək istəmir" VİDEO

Veb TV | 20:50 • 12 May 2025
"Bizim sinifdə olan 26 şagirdin 20-si "Son zəng" üçün pul ödəmək istəmir"

“Son zəng” tədbiri üçün 150 manat pul yığıldığı iddia edilən 207 nömrəli məktəbdə araşdırmalar davam edir.

Xezerxeber.az-ın məlumatına görə, 207 nömrəli məktəbin 11-ci sinif şagirdlərindən bəziləri iddia edirlər ki, “Son zəng” üçün 150 manat pulu onlardan direktor məcburi şəkildə istəyir.

Bəzi şagirdlər isə bildirdilər ki, “Son zəng” tədbirinin keçirilməsi üçün direktor heç bir pul tələb etməyib.

Çəkiliş apardığımız zaman 11-ci sinif şagirdlərinin valideynləri arasında da fərqli fikirlər səsləndirildi. Bəzi valideynlər dedilər ki, “Son zəng” xərclərinin qarşılanması üçün lazımi məbləğ valideynlər tərəfindən yığılır. Yəni bu işdə təşkilatçı onların özüdür. 

Bəzi valideynlər isə bunun əksini iddia etdilər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılır. Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar