Gəncədə mənzildə partlayış baş verib. Hadisənin qəsdən törədildiyi iddia edilir.
Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsindəki 22 saylı binanın 1-ci mərtəbəsində baş verib.
Partlayış zamanı bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb ediliblər. Birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın zamanı 58 yaşlı Adil Alıyev hadisə yerində ölüb.
Baş verən yanğınla bağlı bəzi təfərrüatlar da məlum olub. Aydın olub ki, hadisə şəxsi zəmində baş verib. İddiaya görə, mənzilə gələn kişi əvvəlcə qadını bıçaqlayıb, sonra isə evi yandırıb. Nəticədə özü ölüb.
Xəsarət alan 64 yaşlı Gülnaz Şahməmmədova bildirir ki, Adil onu hədələyərək pul istəyirmiş. Mübahisə də buna görə olub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.