Paytaxtın Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən çoxmərtəbəli binanın üzlük daşları qopub tökülür.
Xezerxeber.az-ın məlumatına görə, 2008-ci ildə ''Konsul'' MTK tərəfindən tikilərək sakinlərin istifadəsinə verilmiş 14 mərtəbəli binanın fasadında bir neçə vaxtdır problemlər yaranıb.
Sözügedən binanın yaxınlığında yaşayan İlahə Məcidovanın iddiasına görə, bu hal bir neçə dəfə təkrar olunub ki, bu da ərazidən keçənlər üçün ciddi təhlükə yaradır.
Sakinlər deyirlər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı tikinti şlirkətinə də məlumat veriblər. İlahə Məcidova onu da iddia edir ki, fasaddan qopan üzlük daşı bir avtomobilə zərər vurub.
Üzlük daşların qopmasından adıçəkilən tikinti şirkətinin də məlumatı var. Bəs hadisə baş vermədən niyə təhlükəli vəziyyətin qarşısı alınmır?
Binanın komendant Ağa Əhmədov deyib ki, belə hadisə bir dəfə 6-7 ay əvvəl olub. Onun fikrincə, bina yoxlanılıb və belə halın təkrarlanması ehtimalı yoxdur.
O, qopan üzlük daşların yerinə yenilərinin əlavə ediləcəyini də sözlərinə əlavə edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.