Xəzər Xəbər

Məktəbin qarşısında yol nişanlarının olmaması təhlükə yaradır VİDEO

Veb TV | 16:30 • 30 Aprel 2025
Məktəbin qarşısında yol nişanlarının olmaması təhlükə yaradır

Bakının Xəzər rayonu, Əli İsazadə küçəsində yerləşən 218 saylı orta məktəbin yaxınlığında yol nişanlarının olmaması insanlar arasında narahatlıq yaradır.

Xezerxeber.az-ın məlumatına görə, məktəbə hər gün uşaqlarını aparan valideyinlər sözügedən yolu qorxu ilə keçirlər.  Onlar yolda həm də piyada zolağının olmamasından narahatdırlar. Çünki yolda avtomobillər hərəkət etdiyindən və piyada zolağı olmadığından, burada onları hər an avtomobil vura bilər.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

 

 

 

Xəbər lenti