Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli Qərarına əsasən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə dəyişiklik edilib.
Xezerxeber.az-a bildirilib ki, dəyişikliyə əsasən, MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün yeni ödəmə qaydası müəyyən edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, icbari tibbi sığorta hesabına həyata keçirilən bu müayinələr zamanı vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən bu tibbi xidmətlər üzrə Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyəcəklər. Tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanacaq.
Yeni mexanizm ixtisaslı həkim göndərişi əsasında dövlət və özəl tibb müəssisələrində tətbiq ediləcək. İxtisaslı həkim tərəfindən tibbi göstəriş olduğu halda MRT və ya KT müayinəsinə pasiyentə göndəriş veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: