Rəsmi Bakı Ermənistan və Fransada Azərbaycanla Türkiyə bayraqlarının yandırılmasını pisləyir.
Xezerxeber.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistanda revanşist meyillərin hələ də mövcud olması ciddi narahatlıq doğurur. Ermənistanın sürətlə silahlanması təhdid mənbəyi kimi hələ də qalmaqdadır.
Ceyhun Bayramov əlavə edib ki, Ermənistanla Azərbaycan arasında son vəziyyət barədə də Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa məlumat verib.
Vitse-prezident Kaya Kallas isə öz növbəsində Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişinin dayanıqlı olmasını dəstəklədiyini vurğulayıb.
Kaya Kallas Aİ-nın Azərbaycanda minaların təmizlənməsinə töhfə verdiyini də bildirib. Bundan əlavə komissiyanın prezidenti Azərbaycanın Ukraynaya göstərdiyi yardım və COP-29-a ev sahibliyi etdiyi üçün təşəkkür edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: