Xəzər Xəbər

Həkim və əczaçıların sertifikasiyası ilə bağlı yeni mexanizm tətbiq olunacaq VİDEO

Veb TV | 20:05 • 25 Aprel 2025
Həkim və əczaçıların sertifikasiyası ilə bağlı yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda fəaliyyət göstərən həkim və əczaçıların sertifikasiyası ilə bağlı yeni mexanizm tətbiq olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyaya cəlbində məqsəd onların bilik və bacarıqlarının, peşə yararlılığının yoxlanılmasıdır.

Qeyd edək ki, tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

 

 

 

Xəbər lenti