Yol çöküb, gediş-gəliş dayanıb.
Xezerxeber.az xəbər verir ki, bura Xətai rayonu Əhmədli qəsəbəsi Şahin Səmədov küçəsidir. Sakinlər deyir ki, bir neçə gün əvvəl yolun altından keçən kanalizasiya xəttində yaranmış qəza səbəbi ilə yol çöküb. İndi isə ərazidə təhlükəli vəziyyət yaranıb.
Sakinlərin müraciəti əsasında İti Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Qurumun əməkdaşları təmir məqsədi ilə zəruri materialları da ünvana çatdırıblar, lakin...
Agentlikdən “Xəzər Xəbər”ə cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda tullantı su şəbəkəsində çökmə qeydə alınıb. Hazırda Bakı Sukanal İdarəsi tərəfindən kollektorun bərpası istiqamətində işlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.