Xəzər Xəbər

Bir zamanlar Bakının məşhur olan bu parkı niyə abadlaşdırılmır? VİDEO

Veb TV | 21:55 • 24 Aprel 2025
Bir zamanlar Bakının məşhur olan bu parkı niyə abadlaşdırılmır?

Bir zamanlar sakinlərin istirahət məkanı olan bağ baxımsız vəziyyətdədir.

Xezerxeber.az xəbər verir ki, söhbət Bakının Binəqədi rayonu ərazisində yerləşən "Pitomnik bağı" kimi tanınan təbiət evindən gedir.

Sakinlər deyirlər ki, bir vaxtlar geniş ərazisi və yaşıllığı ilə tanınan bu bağ, son illər ətrafında aparılan tikinti işləri nəticəsində xeyli kiçilib. Buradakı süni gölü qamışlıq basıb, bu isə xoş olmayan mənzərə yaradır.

Qeyd edək ki, ərazi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binəqədi rayon şöbəsinin balansındadır. Qurumdan bildirildi ki, bağın ərazisində genişmiqyaslı abadlıq işlərinin aparılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti