Xəzər Xəbər

Bakıda daha bir avtobus xəttindən ŞİKAYƏT VİDEO

Veb TV | 21:45 • 24 Aprel 2025
Bakıda daha bir avtobus xəttindən ŞİKAYƏT

Daha bir avtobus xəttindən şikayət var.

“Xəzər Xəbər”ə müraciət edən sərnişinlər bildirirlər ki, 166 saylı marşrut xəttində işləyən avtobuslar yarım saatlıq ara ilə işləyirlər.

Onlar iddia edir ki, gülçülük adlanan ərazidən paytaxtın "8-ci kilometr" bazarının qarşısınadək yol alan 166  saylı marşrutu bəzən yarım saatdan da çox gözləyirlər.

Sərnişinlər iddia edir ki, bu marşrut xəttində avtobusların  sayı az,  məsafə uzun, interval isə çoxdur.

Sürücülər isə deyir ki  gecikmələr yalnız pik saatlarda olur:

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti