Xəzər Xəbər

Təhlükə saçan neft quyusu - Sakinlər narahatdır VİDEO

Veb TV | 21:26 • 23 Aprel 2025
Təhlükə saçan neft quyusu - Sakinlər narahatdır

Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi-63 ünvanında üzəri açıq formada qalan neft quyusu sakinlər üçün təhlükə yaradır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, yaşayış məntəqəsinə və məktəbə yaxın məsafədə quyunun üzərinin açıq qalması və ətrafında heç bir təhlükəsizlik tədbirinin görülməməsi hər an yanğın və digər bədbəxt hadisələrin baş verməsinə şərait yaradır.

Onların sözlərinə görə, problemlə bağlı müxtəlif qurumlara məlumat verilib, lakin tədbir görülməyib. Ərazidə yaşayanlar qoxunun və neftin daşmasının qarşısını almaq üçün ətrafını bir neçə dəfə torpaqla örtməyə çalışıblar. 

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd edilən məsələnin həlli ilə əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə təcili tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti üzrə Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə müraciət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti