Xəzər Xəbər

Xəstəxanada iki nəfər həyatını itirdi - Hadisədə həkim səhlənkarlığının olduğu iddia edilir VİDEO

Veb TV | 19:54 • 23 Aprel 2025
Xəstəxanada iki nəfər həyatını itirdi - Hadisədə həkim səhlənkarlığının olduğu iddia edilir

Masallıda doğuş zamanı ana və uşağı ölüb. Mərhumun yaxınları hadisədə həkim səhlənkarlığının olduğunu bildirirlər.

Xezerxeber.az-ın məlumatına görə, Masallının Təzə Alvadı kənd sakini 36 yaşlı Nərmin Mehbalıyeva yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Mərhumun yoldaşı deyir ki, qadın xəstəxanaya çatdırılanda sağlam olub və bütün tibbi müayinələrdən keçirilib. O, baş vermiş hadisədə həkim səhlənkarlığının olduğunu iddia edir.

Masallı Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, həkimlər anaya uşağın dünyaya sağlam gətirilməsi üçün lazımi tibbi xidmətlər göstəriblər. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə aparılıb. Müayinələrin nəticələrindən sonra ölümün dəqiq səbəbləri bilinəcək.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti