Xəzər Xəbər

Mənzilləri yanan sakinlər 2 aydır ki, qonşularının evində gecələyirlər ŞİKAYƏT/VİDEO

Veb TV | 21:10 • 23 Aprel 2025
Mənzilləri yanan sakinlər 2 aydır ki, qonşularının evində gecələyirlər

Fevral ayının 23-də paytaxtın Binəqədi rayonu, Ağasadıq Gəraybəyli-39 ünvanında yanaraq yarasız hala düşən beş mərtəbəli binanın sakinləri çətin durumdadır.

Xezerxeber.az-ın məlumatına görə, onlar 2 aydır, qonşularının evində gecələyirlər. Nə mənzillərini  təmir edən, nə də kənarda yaşamaq üçün onlara kirayə haqqı ödəyən var.

Məcburi köçkünlər deyirlər ki, hadisə baş verən gün aidiyyəti qurumlardan gəlib onların halı ilə elə həmin vaxt maraqlanıblar. Ötən iki ay müddətində isə sakinlərin yanan mənzillərində heç təmir işi aparılmayıb.   

Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən  sorğumuza cavab olaraq bildirildi ki, ailələr yaşayış sahələrinin yanması ilə bağlı ilk növbədə Fövqəladə Hallar Nazirliyindən akt təqdim etməlidirlər. Bu barədə onlarla dəfələrlə danışılıb, izahat verilib. Aktlar təqdim edildikdən sonra sənədləşmə işləri yekunlaşacaq və təmir işləri, eləcə də müvafiq yardımın göstərilməsi üçün zəruri tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti