Xəzər Xəbər

Estetik prosedur etdirən qadın çətin durumda – “Ayağımdan irin axır, gəzə bilmirəm” VİDEO

Veb TV | 20:11 • 23 Aprel 2025
Estetik prosedur etdirən qadın çətin durumda – “Ayağımdan irin axır, gəzə bilmirəm”

Ayağına prosedur etdirən paytaxt sakini Zarina Minkovskaya aylardır ki, irin axdığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçi deyir ki, görünüşü yaxşı olsun deyə 5-6 il əvvəl "VMR Estetik" klinikasının kosmetoloqu Gülsüm Əliyeva tərəfindən onun ayağına gel vurulub. Ötən il isə o yenidən həmin həkimə eyni prosedur üçün müraciət edib. Amma bu dəfə prosedurun gel ilə yox, başqa formada ediləcəyini deyiblər.

Vətəndaş bildirir ki, prosedurdan sonar  iki ayağınında çox şiddətli ağrılar olub. Bundan sonra o, müayinəyə gedib.

Zarina Minkovskaya iddia edir ki, həmin müddətdə yeriyə bilmədyinə görə işini itirib. O bildirir ki, kosmetoloq cərrahi prosesin ödənişini öz üzərinə götürsə də, sadəcə xəstəxana ödənişini edib.

Məsələ ilə bağlı suallara özünü klinikanın hüquqşünası kimi təqdim edən Seyid Həsənov cavab verdi. O bildirdi ki, Zarina Minkovskayanın açıqlamalarının çoxu həqiqətə uyğun deyil.

“Gülsüm Əliyeva kosmetoloqdur, o, pasiyent üzərində heç bir cərrahi əməliyyat aparmayıb, prosedur edib. Sadəcə Zarina Minkovskaya prosedurdan sonra olan gigiyena qaydalarına  əməl etməyib. Biz bütün açıqlama, videogörüntülərlə bağlı aidiyyəti orqanlara müraciət etmişik. O xanımı öyrədiblər, məsələləri təhrif edir. Pasiyentin ödəniş xərcləri Gülsüm Əliyeva tərəfindən qarşılanıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yekun qərar çıxanda, təqdim edəcəyik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti