Şamaxı rayonunda torpaq sürüşməsi qeydə alınıb.
Xezerxeber.az-ın məlumatına görə, sürüşmə Cabanı-Əngəxaran avtomobil yolunun 11-ci kilometrliyində baş verib. Hadisə nəticəsində yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb.
Torpaq sürüşməsi yolun təqribən 30 metrlik bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinlikdə və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü tamamilə sıradan çıxıb, yolun çiyin hissəsi isə dağılaraq yararsız hala üşüb.
Məlumata görə, sürüşmə hər gün daha da aktivləşir. Son günlər müşahidə olunan intensiv yağıntılar bu prosesi daha da sürətləndirib.
Hazırda ərazidə müvafiq qurumlar tərəfindən monitorinq işləri aparılır və vəziyyət nəzarətdə saxlanılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.