Xəzər Xəbər

Bakının mərkəzində illərdir sökülməyi gözləyən ərazi VİDEO

Veb TV | 21:45 • 22 Aprel 2025
Bakının mərkəzində illərdir sökülməyi gözləyən ərazi

Bakının mərkəzində sakinlər yaşadıqları ərazinin illərdir kimə məxsus olduğunu öyrənə bilmir.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi 50/52 ünvanıdır. 12 ailənin yaşadığı bu qanunsuz tikililər ətrafında yaranan problem uzun illərdir həllini tapmır.

Sakinlərin sözlərinə görə, bu ərazi təxminən 25 il öncə "MARS" MTK tərəfindən çoxmərtəbəli binaların inşası üçün ayrılıb. Həmin binalar tikilsə də, bu qeyri-qanuni tikililər sökülməyib və indiyədək orada insanlar yaşayır.

Onlar bildirir ki, çoxmərtəbəli binanın istismarından yaranan fəsadlar - nəmişlik, kanalizasiya və infrastruktur problemləri birbaşa onların həyatına təsir göstərir.

Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onlara bildirilib ki, bu ərazi "başqasına məxsusdur".

Məsələ ilə bağlı "MARS" MTK ilə əlaqə saxlamağa çalışdıq. Lakin öyrəndik ki, sözügedən şirkət illər öncə fəaliyyətini dayandırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti