Xəzər Xəbər

Bakıda binanın zirzəmisinə kanalizasiya suyu dolub VİDEO

Veb TV | 19:50 • 21 Aprel 2025
Bakıda binanın zirzəmisinə kanalizasiya suyu dolub

Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 46 ünvanında yerləşən binanın zirzəmisinə kanalizasiya suyu dolub.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edir ki, bir aydan artıqdır dərdlərinə çarə tapılmır.

Sözügedən ərazidəki yaşayış binasının zirzəmisinə 1 metrdən artıq dərinliyi olan su dolub.

Sakinlər deyirlər ki, havalar isindiyindən onların işi çətinləşir. Pis qoxudan nə həyətdə, nə də evlərində dayana bilirlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qeyd olunan ünvandakı problem nəzarətə götürülüb və müvafiq işlər icra olunur. Qısa müddət ərzində həll olunacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

 

 

Xəbər lenti