Paytaxtın Sabunçu rayonu, Nardaran-Bilgəh yolunda yaranmış çuxur avtomobillərə zərər vurur.
Xezerxeber.az-ın məlumatına görə, həm gecə, həm də gündüz saatlarında çuxur kənardan görünmədiyi üçün yoldan keçən avtomobillər həmin yerə düşür. Təhlükəli vəziyyət magistralın yardımçı yolunda yaşanır. Əsas yol qədər işlək olan ərazidən zərərçəkənlər hər keçən saat artır.
Sürücülər deyirlər ki, təhlükəli çuxur bir neçə gün əvvəl intensiv yağışdan sonra yaranıb. Əli Cəfərov da gecə həmin çuxurdan zərər çəkmiş sürücülərdən biridir.
Sürücü iddia edir ki, yol infrasturukturunda yaranmış nasazlıq səbəbi ilə onun ''VAZ-2107'' markalı avtomobilinə 450-500 manat civarında zərər dəyib.
Sürücü deyir ki, yolun belə çökməsi qəza riskini də artırır. Xüsusən də gecə saatlarında bir az sürət çox olarsa avtomobilin aşma təhlükəsi var. Ərazidə çəkiliş apardığımız zaman həmin çuxurdan zərər çəkmiş daha bir sürücüyə rast gəldik.
Bəs belə olduğu halda, yəni, yol infrasturukturunun avtomobilə vurduğu zərəri kim qarşılamalıdır?
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ''Xəzər Xəbər''ə bildirdi ki, aidiyyəti üzrə məlumat verilib və qısa zamanda yaranmış problem aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: