Bakıda güclü yanğın baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, Nizami küçəsində olan obyektlərin birində başlayıb. Məlumata görə, yanğının başladığı anbarlarda qida, bitki yağları, kompüter və digər avadanlıqlar olub. Sahibkarlardan biri bildirib ki, anbar onlayn satış ilə məşğul imiş.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunublar.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən qeyd edilib ki, yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400 kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360 kv.m sahədə yanıb. Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
Görülmüş tədbirlər sayəsində anbarda baş vermiş yanğın tam söndürülüb. Məhdudiyyət tətbiq edilən küçələrdə isə nəqliyyatın hərəkəti bərpa edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: