Qızılın qiyməti tarixi maksimumu yeniləyib.
Xezerxeber.az-ın məlumatına görə, əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 1,98% artaraq 3 394 dollara bərabər olub. Bu il üçün proqnozlaşdırılan artımı da üstələyən qiymətlər hər kəsi heyrətə gətirir. Azərbaycanda da ötən ilin eyni dövrü ilə müqayisədə qızılın 1 qramının qiymətində təqribən 30-40 manat artım var.
Satıcılara da bu vəziyyət sərf etmir. Onlar deyirlər ki, müştərilər qiymətin enməsini gözləyirlər, alıcı çox azdır.
Bəs bu artım nə vaxta qədər davam edəcək?
İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, bu il qiymət artımı yenə olacaq.
Məlumat üçün bildirək ki, qızılın bahalaşmağa başladığı ilk aylarda mütəxəssislər bu artımın qısa müddət davam edərək bir neçə ay sonra azalacağını proqnozlaşdırırdılar. Lakin artıq bir ildən çoxdur ki, qızılın qiymətində sürətli yüksəlmə var. Bu da dünya birjasındakı ümumi artımla əlaqələndirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: