Xəzər Xəbər

"18 ildir ki, 45 min dollarımı ala bilmirəm" - Vətəndaş "City Life" MMC-dən şikayətçidir VİDEO

Veb TV | 20:54 • 21 Aprel 2025
"18 ildir ki, 45 min dollarımı ala bilmirəm" - Vətəndaş "City Life" MMC-dən şikayətçidir

2007-ci ildə 45 min dollar borc vermiş şəxs pulunu geri ala bilmədiyini iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxt sakini Məhəmməd Məmmədovun başına gəlib.

O, illər əvvəl borc müqaviləsi ilə Ziyafət İsayeva adlı şəxsə borc verib, lakin bu günə kimi verdiyi məbləği geri ala bilmir. Vətəndaş deyir ki, tərəflər arasında borc müqaviləsi ilə yanaşı, ipoteka müqaviləsi də imzalanıb. Yəni borc alan Yasamal rayonunda yerləşən əmlakını girov qoyaraq borcu alıb. Məhəmməd Məmmədov borcun qaytarılmadığını görəndə əlindəki ipetoka müqaviləsinə əsasən, hərəkətə keçib. İşlər isə elə bundan sonra qarışıb: "Borcun qaytarılmadığını gördükdə, dərhal Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdim ki, mənzili sata bilməsin. Bir neçə dəfə məhkəmələr oldu, dəfələrlə görüşlərimiz oldu. Xanım bildirdi ki, mənim əmlakım söküntüyə gedəcək. Söküntü zamanı ödənişi tam ödəyəcəyik sənə".

Məhəmməd Məmmədov iddia edir ki, əmlak sökülməmiş MTK-ya müraciət edib və bildirib ki, qanuna uyğun olaraq mənzil söküləndə ona da məlumat versinlər. Lakin o, sonradan öyrənib ki, ipoteka müqaviləsində olan ev xəbəri olmadan sökülüb, əmlakın sahibinə də əvəzində mənzil verilib. İndi vətəndaş MTK-dan şikayətçidir.

Vətəndaş problemin hüquqi formada həll olunması üçün məhkəməyə də müraciət edib.

Məsələ ilə bağlı biz də adıçəkilən tikinti şirkəti - "City Life" MMC ilə əlaqə saxladıq.  

Şirkətin direktoru bildirdi ki, məhkəmə qərarı borc verənin xeyrinə olarsa, verilən mənzilin mülkiyyət hüququnda qanuni dəyişiklik edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar