Son vaxtlar dünya bazarında qızılın sürətlə bahalaşması davam edir. Bahalaşma Azərbaycan bazarından da yan keçməyib.
“Xəzər Xəbər”in məlumatına görə, sözügedən məsələylə bağlı satıcılar bildiriblər ki, qızılın qiyməti son bir ayda rekord dərəcədə qalxıb və qalxmaqda da davam edir.
Onların sözlərinə görə, qızılın bahalaşması bazarda alıcılıq qabiliyyətinin azalmasına və müəyyən dərəcədə durğunluğa səbəb olub.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.