Xəzər Xəbər

Uşaqları öpərkən diqqətli olun! - XƏBƏRDARLIQ VİDEO

Veb TV | 22:15 • 20 Aprel 2025
Uşaqları öpərkən diqqətli olun! - XƏBƏRDARLIQ

Uşaqları öpərkən diqqətli olmaq lazımdır.

Xıezerxeber.az-ın xəbərinə görə, həkim-infeksionist Mərdan Əliyev bildirir ki, immun sistemi güclü olan böyüklərdəki hər hansı gizli infeksiya, immun sistemi zəif olan uşaqları öpən zaman qalıcı fəsadlar yarada bilər.

Həkim deyir ki, hətta bu cür yoluxan epsteyn barr virusu var ki, buna "öpüş" xəstəliyi də deyirlər. Uşaqlarda qızdırma, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsilə gedən xəstəlikdir. Ağız suyu yoluyla yayılır.

Həkim bildirir ki, böyüklərdə bəzən gizli şəkildə təzahür edə bilən və sağalan bu xəstəliklər, uşaqlar üçün çox böyük təhlükə yarada bilər. Odur ki, diqqətli olmaq vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti