Sular kəsilib, arxlar quruyub.
Xezerxeber.az xəbər verir ki, Ucarın Qazıqumlaq, Məlikballı, Ramal, Şahlıq, Əlikənd, Qaradağlı, Çiyni və Alpout kəndləri susuz qalıb. Bu kadrlar Qazqumlaq kəndindəndir. Rayonun ən böyük kəndlərində olan Qazıqumlaqda 11 gündür ki, arxlara gələn olan su anidən kəsilib. Bu da kənd sakinlərini çətinə salıb.
Kənd sakinlərinin sözlərinə görə, masınlarla su almaq məcburiyyətində qalıblar.
Məsələ ilə bağlı Ucar Su Meliorasiya sistemlərinin istismarı idarəsindən “Xəzər Xəbər”ə bildirdilər ki, sözügedən kəndlərə verilən syun mənbəyi Ağdaş rayonundan keçən Türyançayıdır. Çaydan Ucar istiqamətinə su ayrılan ərazidə dəmir-beton bərkitmə işləri aparıldığından kəndlərə suyun verilməsi müvəqqəti olaraq dayandırılıb. Artıq bərkitmə işləri yekunlaşmaq üzrədir. Suyun verilməsi bərpa olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: