Azyaşlı toydan qaçırılıb.
Xezerxeber.az xəbər verir ki, Ağstafanın Aşağı Göycəli kəndinndə Abbas Əkbərovun həyətində toy mərasimi olub. Bu zaman kənd sakinləri, o cümlədən 2 yaş yarımlıq qız uşağı da anası və nənəsi ilə toyda olub. Daha sonra rayon sakini, 57 yaşlı Telman Omarov azyaşlını mərasimdən oğurlayaraq evinə aparıb. Hadisədən xəbər tutan valideynlər və sakinlər özləri hərəkətə keçiblər.
Toy sahibi deyir ki, Telman Omarov hadisəni törədib qaçarkən yolda onun avtomobilini vuraraq qəza törədib. Lakin buna baxmayaraq yoluna davam edib.
Azyaşlının yaxınları deyirlər ki, uşağın atası xarici ölkədə işləyir. Anası onu özü ilə toya aparıb. Elə hadisə də toy mərasimi zamanı baş verib. Hadisə zamanı sərxoş vəziyyətdə olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: