Doğuş zamanı körpə ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayonun Muxax kənd sakini, 33 yaşlı Günel Əliyeva saat 08 radələrində doğuş sancıları ilə xəstəxananın doğum şöbəsinə müraciət edib. Yaxınlarının verdiyi məlumata görə, hamilə xəstəxanaya daxil olan zaman həkimlər tərəfindən təcili qeysəriyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb.
Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verilib.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, baş gəlişi, uşaqlıqda çapıq, idiopatik trombositpenik purpura diaqnozları təyin edilən qadın dərhal əməliyyata alınıb. Cinsi oğlan, çəkisi 2 kq 700 qram, boyu 50 sm olan ölü döl xaric edilib. Məlumata görə, hazırda ananın vəziyyəti stabildir. Yeni doğulan körpənin ölümümün dəqiq səbəbini öyrənmək məqsədilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: