Sakinlər yaşadıqları evin zirzəmisindən əlləri ilə su çəkir. Ətraf ərazi çirkab və kanalizasisya suları ilə dolub.
Xezerxeber.az xəbər verir ki, Sumqayıt şəhərinin "Yeni Sumqayıt" yaşayış massivində illərdir davam edən kanalizasiya problemi sakinləri təngə gətirib.
Sakinlərin sözlərinə görə, ən vacib kommunal infrastruktur - kanalizasiya şəbəkəsi - ümumiyyətlə mövcud deyil. İllərdir aidiyyəti qurumlara müraciət etsələr də, nəticə yoxdur. Yağış yağan kimi küçələr gölə çevrilir, zirzəmilər çirkab su ilə dolur.
Sumqayıt Su kanal İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, "Ərazidə kanalizasiya şəbəkəsi mövcud deyil".
Ancaq sakinləri müraciəti əsasında həmin ünvana baxış keçiriləcək və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: