Bu gün 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bəs suallar nə dərəcədə çətin idi?
Şagirdlər “Xəzər Xəbər”ə danışıblar.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə "ağıllı" saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.
Qubanın Xınalıq, Söhüb və Xaltan istiqamətində yerləşən 12 ümumtəhsil məktəbinin 62 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 20-də keçiriləcək ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edə bilməyəkləri ilə bağlı müvafiq qurumlara müraciət edilib.
Məsələ ilə bağlı, Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, hazırda hər hansı məktəbdən toplu şəkildə şagirdlərin imtahanda iştirak edə bilməməsi haqqında DİM-ə məlumat daxil olmayıb. Əgər belə bir müraciət olarsa, araşdırılıb müvafiq qərar veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: