Xəzər Xəbər

Binəqədidə obyektdə yanğına səbəb nə olub? VİDEO

Veb TV | 21:03 • 20 Aprel 2025
Binəqədidə obyektdə yanğına səbəb nə olub?

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda yerləşən obyektdə güclü yanğın olub. Məlumata görə, yanğın marketin anbar hissəsində başlayıb. 

Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Ərazidə operativ qərargah yaradılıb, yanğının qarşısının alınması üçün tədbirlər görülüb.

Yanğın zamanı anbarın qarşısında park edilmiş 4 avtomobil də alışaraq tamamilə yanıb. İşçilər mümkün qədər məhsulları xilas etməyə çalışsalar da, bəzi mallar istifadəyə yararsız hala düşüb.

Hadisə baş verən anda ətraf prospekt və küçələrdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Yol polisinin nəzarəti ilə təhlükəsizlik təmin olunub.

Bir müddət sonra yanğın tam söndürülüb, ətraf ərazilər alovdan qorunub.

Hadisənin səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti