Xəzər Xəbər

Yol qəzaları iki nəfərin ölümünə səbəb olub VİDEO

Veb TV | 21:11 • 19 Aprel 2025
Yol qəzaları iki nəfərin ölümünə səbəb olub

Bakı-Quba yolunun 29-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İdarəetmədən çıxan avtomobil yük maşınına çırpılıb.

Xezerxeber.az-ın məlumatına görə, Fəzail Cəlilovun idarə etdiyi avtomobil hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinin qoşqusuna çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Fəzail Cəlilov aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Göygöldə də ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında rayonun Çaylı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 18 yaşlı Ömər İsmayılov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: 

Xəbər lenti