Güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib.
Xezerxeber.az-ın məlumatına görə, şəhərin müxtəlif ünvanlarında 15-ə yaxın ağac aşıb.
İrigövdəli ağaclardan biri şəhərdəki 14 saylı uşaq bağçası-körpələr evinin həyətinə düşüb, dəmir hasarını yararsız hala salıb.
Sakinlərin sözlərinə görə, irigövdəli qovaq ağacı güclü yağışdan sonra küləyə tab gətirə bilməyib və aşıb.
Şəhərin Yaşar Muradov küçəsində kökündən qopan tut ağacı isə sakinlərdən birinə məxsus qarajın üzərinə aşıb. Həmçinin şəhər 11 saylı orta məktəbin həyətində irigövdəli ağac aşaraq gediş-gəlişi çətinləşdirib. Aşan ağac məktəbin hasarını da uçurub.
Aşmış ağaclar Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları tərəfindən doğranaraq ərazidən götürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: